Şirkət haqqında

Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra ölkədə iqtisadiyyatın inkişafına çox böyük şərait yarandı. İqtisadi sistemin ən başlıca sektorlarından biri müstəqil məsləhət biznesinin yaranması oldu.

Caspian Consulting

"Kaspian Konsaltinq" Azərbaycanda mühasibatlıq, konsalting və audit sahəsində xidmət göstərən aparıcı şirkələrdən biridir. Şirkət 1999-cu ildən fəaliyyətə başlayıb və təməli qoyulduğu gündən məsləhət xidmətləri göstərir.
2000-ci ilin Fevral ayının 12-də Azərbaycan Respublikası Auditorlar Palatasından AT 022 saylı lisenziyasını alıb və o vaxtdan yerli və beynəlxalq təşkilatlara mühasibat və auditor xidmətləri göstərməkdədir.

2015-ci il Fevral ayının 17-də şirkətin lisenziya müddəti daha beş il uzadılıb.
2002 və 2004 illərdə sirkətin fəaliyyəti, Auditorlar Palatası tərəfindən müxtəlif diplomlarla təltif olunmuşdu.
2004 və 2008-ci illərdə şirkət Azərbaycan Respublikasında ən yüksək səviyyəli audit xidməti göstərən şirkət kimi ikinci yeri tutub

Çox qısa bir müddətdə, Kaspian Konsaltinq çox böyük nəticələr əldə edib, müştərilərin inamını qazanıb, şirkətin müştəri bazası genişlənib, və daxili bazarda aparıcı yerlərdən birini tutur. Şirkətimizin əldə etdiyi nailiyyətlər bizim bacarığımıza əsaslanır və müştərilərimizə əlimizdən gələn səviyyədə xidmət göstərməyimizdən irəli gəlir.

Bizimlə tanış olmaq üçün vaxt ayırın, və internet vərəqəmizin baxılmasından zövq alın. Sizi, xidmətlərimizin müxtəlifliyi qanə edirsə, bilin ki Siz düzgün seçim etmisiniz, və qeyt etmək istərdik ki bizim üçün Sizin bizə diqqət ayırmanız çox vacibdir.